Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.
Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (AIR Center) rəhbəri Fərid Şəfiyev ilə məhsuldar işgüzar görüş keçirib.
Xalqcebhesi.az xəbər verir ki, tərəflər aktual məsələləri, eləcə də ikitərəfli, regional və qlobal gündəmin yeni imkan və çağırışlarını müzakirə ediblər.
Analitik əməkdaşlıq və ekspert dialoqu sahəsində gələcək əməkdaşlığın perspektivlərinə xüsusi diqqət yetirilib.
Ukraynanın səfiri Yuriy Husyev Azərbaycan Respublikasının Ukraynaya göstərdiyi ardıcıl dəstəyə görə minnətdarlığını ifadə edib.
Görüşün nəticəsi olaraq 2026-cı ildə birgə tədbirlərin həyata keçirilməsi barədə razılıq əldə olunub.
Cavid Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.