Ukraynanın silahı tükənir Ən yaxşı halda yaya qədər...

04.03.2025

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

ABŞ-nin hərbi yardımını dayandırmasından sonra Ukrayna indiki döyüş sürətini yalnız bir neçə həftə və ya ən yaxşı halda yay aylarının əvvəlinə qədər saxlaya biləcək.

Turkustan.az "CNN"-ə istinadən xəbər verir ki, keçmiş ABŞ prezidenti Co Bayden administrasiyası səlahiyyət müddətinin bitməsinə az qalmış Ukraynaya silah tədarükünü sürətləndirərək ölkəni müasir silah ehtiyatları ilə təmin edib.

Avropa ölkələri ABŞ-nin artilleriya tədarükünü müəyyən qədər əvəz edə bilsə də, Ukraynanın istifadə etdiyi ən müasir silahlar əsasən ABŞ-dən gəlirdi.

Xatırladaq ki, ABŞ Ukraynaya hərbi yardım tədarükünü dayandırdığını bildirmişdi. /Cebheinfo.az/

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью