Ukraynanın Sumı vilayətində yaşayış binasına zərbələr endirilib, ölən və yaralananlar var

30.01.2025

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ötən gecə Ukraynanın Sumı vilayətinə aviazərbələr nəticəsində yaralıların sayı biri azyaşlı olmaqla, 9 nəfərə çatıb.

APA-nın xəbərinə görə, bu barədə məlumatı UNIAN yayıb.

Bildirilib ki, səhər saatlarında iki nəfərin meyiti çıxarılıb. Ümumilikdə isə 118 nəfər təxliyə olunub.

Axtarışlara kinoloji briqadalar cəlb olunub, eyni zamanda xilasedicilər ərazidə psixoloqların da cəlb olunduğu müvəqqəti qərargah təşkil edib.

Qeyd edək ki, Rusiya hərbi aviasiyasının zərbələri nəticəsində 10 mərtəbəli yaşayış binasında 9 mənzil, eləcə də 12 mənzilin eyvanı yararsız hala düşüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью