Ukraynanın Tambova hücumunun nəticəsi: dağıntılar var

11.01.2025

Icma.az bildirir, Axar.az portalına istinadən.

Rusiya İstintaq Komitəsi Tambov vilayətinin Kotovsk şəhərində Ukrayna pilotsuz təyyarələrinin çoxmərtəbəli binalara hücumu ilə bağlı terror aktı maddəsi ilə cinayət işi açıb.

Axar.az xəbər verir ki, bu barədə idarənin Teleqram kanalında məlumat yayılıb.

İstintaq Komitəsinin məlumatına görə, yanvarın 11-nə keçən gecə Ukrayna Silahlı Qüvvələrinin PUA-lardan istifadə etməklə Tambov vilayəti ərazisinə hücumu nəticəsində Kotovskda dinc əhali arasında itkilər var, iki yaşayış binasına ziyan dəyib.

Qeyd edək ki, bundan öncə Rusiya MN Ukraynanın 85 PUA ilə Rusiya vilayətlərinə hücuma keçdiyini, PUA-ların məhv edildiyini bildirsə də, nəticələr haqda məlumat verməmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью