Ukraynanın təhlükəsizliyi Britaniyanın gündəmində: ABŞ ın dəstəyi vacibdir

24.03.2025

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Böyük Britaniya münaqişə həll edildikdən sonra Ukraynanın təhlükəsizliyini təmin etmək üçün “könüllülər koalisiyasının” yaradılması məsələsində ABŞ-ın dəstəyini vacib hesab edir.

Globalinfo.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Con Hili parlamentin İcmalar Palatasında bildirib.

“Böyük Britaniyanın Baş naziri Kir Starmer münaqişənin həlli üzrə danışıqlar kontekstində Ukraynanın təhlükəsizliyini təmin etmək üçün ABŞ-ın dəstəyinə ehtiyac olduğunu açıq şəkildə bildirdi. Mən ABŞ-ın müdafiə naziri Pit Heqsetlə danışıqlarda da eyni məsələni vurğuladım.

Hazırda müdafiə naziri kimi mənim işim Ukraynanı mümkün ən güclü vəziyyətə salmaqdır. Biz hərbi tədarükə davam edirik və digər ölkələri daha çox iş görməyə təşviq edirik. Ukraynada uzunmüddətli təhlükəsizliyi və sülhü təmin etmək üçün dəstək planları hazırlayırıq”, – deyə o qeyd edib.

Aysel Əliyeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью