Ukraynanın tələbi ilə ATƏT in təcili iclası keçiriləcək

07.04.2025

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ATƏT Rusiyanın Krıvoy Roqa raket zərbəsi endirməsi ilə əlaqədar növbədənkənar iclas keçirəcək.

Redaktor.az xəbər verir ki, bunu Ukraynanın ATƏT və Vyanadakı digər beynəlxalq təşkilatlardakı nümayəndəsi Yuri Vitrenko bildirib.

"Rusiyanın Krıvoy Roqda uşaqlara və böyüklərə qarşı qanlı raket hücumuna, eləcə də bütün Ukraynada mülki şəxslərə qarşı terrorun şiddətlənməsinə cavab olaraq Ukraynanın tələbi ilə sabah (8 aprel) ATƏT-də Daimi Şuranın fövqəladə xüsusi sessiyası çağırılır", - o, sosial şəbəkədə yazıb.

Xatırladaq ki, aprelin 4-də Rusiya hərbçilərinin Ukraynanın Krıvoy Roq şəhərini ballistik raketlərlə atəşə tutması nəticəsində 20 nəfər, o cümlədən 9 uşaq ölüb, 70-dən çox insan yaralanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью