Ukraynanın Türkiyədəki yeni səfiri o oldu

14.05.2025

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ukraynanın Krım-tatar əsilli siyasətçisi və jurnalisti Nəriman Cəlalov Türkiyəyə səfir təyin olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Sərəncam imzalayıb.

Qeyd edək ki, Nəriman Cəlalov Krım tatar xalqının Məclisinin sədr müavini, tanınmış ictimai-siyasi fiqur kimi çıxış edir. 2013-cü ildə o, Krım Tatar Məclisi sədrinin birinci müavini olub. 2014-cü ildə Krımın Rusiya tərəfindən işğalından sonra o, Krım tatarlarının və ukraynalıların hüquqlarını fəal şəkildə müdafiə edib. 2021-ci ilin sentyabrında Krım Platformasının sammitində iştirak etdikdən sonra Rusiya təhlükəsizlik qüvvələri tərəfindən təxribat ittihamı ilə saxlanılıb, 17 il müddətinə azadlıqdan məhrum edilib. 2024-cü ilin iyununda əsir mübadiləsi nəticəsində azad edilib və Ukraynaya qayıdıb.

Bu təyinat Ukraynanın Türkiyə ilə münasibətlərinə xüsusi önəm verdiyini və regionda Krım məsələsinə diqqəti artırmaq niyyətini göstərir.

Aysel Əliyeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью