Ukraynanın Zaporojye şəhərinə aviazərbə endirilib, ölənlər var AZƏRTAC

08.01.2025

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Kiyev, 8 yanvar, AZƏRTAC

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Zaporojye şəhərinə hava hücumu nəticəsində azı 13 mülki şəxs həlak olub, 30 nəfər yaralanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Zaporojye vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov məlumat verib.

"Rusiya ordusu yaşayış məntəqəsini iki idarə olunan avibomba ilə vurub”, - deyə Fyodorov bildirib.

Fyodorov xilasetmə əməliyyatının hələ də davam etdiyini qeyd edib və sabah, yanvarın 9-da Zaporojyedə matəm elan ediləcəyi barədə məlumat verib.

Ukrayna Prezidenti Volodimir Zelenski isə açıqlamasında həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib. "Ruslar Zaporojyeyə aviabombalarla hücum etdilər" - deyə Zelenski bildirib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью