Ukraynanın zərbələri Rusiyanın neft emalını 30 faiz azaldıb

10.11.2026

Icma.az bildirir, Modern.az portalına istinadən.

Ukraynanın neft emalı zavodlarına hücumları Rusiyanın neft emalı gücünü təxminən 30 faiz azaldıb.

Modern.az “Reuters”ə istinadən xəbər verir ki, sənaye mənbələri və rəsmi şəxslərin məlumatına görə, son bir həftədə Rusiyanın 35 ən böyük neft emalı zavodundan doqquzunda işin pozulması və fövqəladə hallar qeydə alınıb.

Zərər çəkmiş müəssisələrin ümumi gündəlik emal gücü təxminən 300 min ton, yaxud 2,2 milyon barel təşkil edir.

Mənbələrin hesablamalarına görə, faktiki neft emalının həcmi gündə 200 min ton azala bilər.

Hücumların Rusiyanın daxili bazarı yanacaqla təmin etməsində çətinlikləri artırdığı bildirilir. Bu, ölkənin beynəlxalq bazarlara dizel yanacağı tədarükünü davam etdirdiyi vaxta təsadüf edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью