Ukraynaya 2 milyard dollar ayırdılar

10.02.2025

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Avropa İnvestisiya Bankı (AİB) Kiyevə 2 milyard dollar ayırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

“Mən indicə Avropa İnvestisiya Bankının rəhbəri ilə görüşdüm. Söhbət dəstəkdən gedir - Ukrayna üçün daha 2 milyard dollar, bu, enerjimizə, mənzil proqramlarımıza, infrastruktur layihələrimizə ayrılan vəsaitdir. Yardımınız üçün təşəkkür edirik!”, - Zelenski bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью