Ukraynaya 45 milyard avro, ABŞ a isə məhdudiyyət: Avropanın Tramp planı

27.11.2026

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Avropa İttifaqı ABŞ prezidenti Donald Trampla münasibətlərdə mövqeyini sərtləşdirir. Brüssel Ukraynaya əlavə 45 milyard avro kredit ayırmağı və ABŞ şirkətlərinin Avropanın müdafiə və kosmik sektorundakı bəzi müqavilələrə çıxışını məhdudlaşdırmağı planlaşdırır.

Moderator.az “Politico” nəşrinə istinadən xəbər verir ki, Vaşinqtonla fikir ayrılıqları Ukraynaya yardım, ticarət siyasəti və müdafiə satınalmaları ətrafında dərinləşir.

Nəşrin məlumatına görə, Aİ liderləri Trampın Kiyevə maliyyə və hərbi dəstəyin davam etdirilməsindən narazılığına baxmayaraq, Ukraynaya yeni kredit ayrılmasını müzakirə edirlər. Hazırda bu məqsədlə əlavə 45 milyard avroluq maliyyə paketi nəzərdən keçirilir.

Gərginliyin digər səbəbi Aİ-nin növbəti yeddiillik büdcə layihəsidir. Avropa Şurasının sədri Antonio Koşta müdafiə və kosmik sənayedə “Avropa prioriteti” prinsipinin tətbiqini təklif edib. Bu təşəbbüs qəbul olunarsa, ABŞ şirkətləri Avropa İttifaqının maliyyələşdirdiyi bir sıra müqavilələr uğrunda tenderlərdə iştirak imkanını itirə bilərlər.

Avropalı diplomatların fikrincə, Vaşinqtonla münasibətlərdə əvvəlki ehtiyatlılıq getdikcə azalır. ABŞ-ın Ukraynaya dəstəyinin zəifləməsi və ticarət məsələlərində təzyiqləri Brüsseli daha müstəqil siyasət yürütməyə sövq edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью