Ukraynaya 909 meyit gətirildi

28.03.2025

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


Rusiya və Ukrayna arasında müharibədə həlak olanların meyitlərinin mübadiləsi baş tutub.

Bakupost.az xəbər verir ki, bu barədə “RBK”ya Rusiya Dövlət Dumasının deputatı Şamsail Saraliyev bildirib.

Məlumata görə, Ukraynaya 909, Rusiya tərəfinə 43 hərbçinin meyiti qaytarılıb.

Bundan əvvəl tərəflər arasında həlak olanların meyitlərinin mübadiləsi fevralın 14-də baş tutmuşdu. Həmin vaxt Rusiyaya 45, Ukraynaya isə 757 hərbçinin meyiti təhvil verilmişdi.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью