Ukraynaya 909, Rusiyaya isə 43 meyit qaytarıldı

28.03.2025

Icma.az bildirir, Axar.az portalına istinadən.

Rusiya və Ukrayna arasında müharibədə həlak olanların meyitlərinin mübadiləsi baş tutub.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Şamsail Saraliyev bildirib.

Məlumata görə, Ukraynaya 909, Rusiya tərəfinə isə 43 hərbçinin meyiti qaytarılıb.

Bundan əvvəl tərəflər arasında həlak olanların meyitlərinin mübadiləsi fevralın 14-də baş tutmuşdu. Həmin vaxt Rusiyaya 45, Ukraynaya isə 757 hərbçinin meyiti təhvil verilmişdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью