Icma.az bildirir, Hurriyyet portalına istinadən.
ABŞ Prezidenti Donald Tramp Ukrayna böhranının həlli ilə bağlı tezliklə müsbət xəbərlərin olacağını deyir.
“AzPolitika” xəbər verir ki, ABŞ Prezidenti Ağ Evdə keçirilən brifinqdə jurnalistlərə deyib: "Bizdə çox şey baş verir... Düşünürəm ki, Ukrayna və Rusiya ilə bağlı çox yaxşı işlər görürük. Bunu ilk dəfədir ki, açıq şəkildə deyirəm. Bilirsiniz, düşünürəm ki, yaxşı xəbərlərimiz olacaq".
Eyni zamanda, Tramp BMT-ni Ukraynadakı münaqişənin həlli prosesində yetərincə iştirak etmədiyinə görə tənqid edib.
Lakin qeyd edək ki, demək olar Trampın bu bəyanatına paralel olaraq, Rusiya ötən gecə Ukraynanın Kiyev və Xarkov başda olmaqla, iri şəhərlərini yenidən raket və PUA-larla bombardman edib.