Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Slovakiya Ukraynaya bir qəpik də kredit verməyəcək.
Axar.az xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso deyib.
Fitso bildirib ki, əgər söhbət Slovakiyanın maraqlarının qorunmasından gedirsə, kansler Merzin təhdidləri onun üçün əhəmiyyətsizdir:
“Təkrar edirəm: Ukrayna üçün kredit və ya hədiyyəyə gəldikdə, bir qəpik də verilməyəcək. Mən 70 milyard avrodan danışıram... Nöqtə... O, büdcəni bloklayacağını deyir? Amma bunu mən də edə bilərəm”.
Qeyd edək ki, Almaniya kansleri Fridrix Merz bütün üzv dövlətlərin Ukraynaya maliyyə dəstəyi verməyə öhdəlik götürməyəcəyi təqdirdə, 2028-2034-cü illər üçün yeni AB büdcəsini bloklayacağı ilə hədələmişdi.