Ukraynaya daha min hərbçinin meyiti qaytarılıb

09.04.2026

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kiyev, 9 aprel, AZƏRTAC

Repatriasiya tədbirləri çərçivəsində həlak olmuş min nəfərin meyiti (qalıqları) Ukraynaya qaytarılıb. Rusiya tərəfinin iddiasına görə, bu meyitlər Ukrayna hərbçilərinə məxsusdur.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Hərbi əsirlərlə davranış üzrə Koordinasiya Qərargahı “Telegram” kanalında məlumat verib.

“Bu gün repatriasiya tədbirləri baş tutub. Nəticədə həlak olmuş 1000 nəfərin meyiti (qalıqları) Ukraynaya qaytarılıb. Rusiya tərəfinin iddiasına görə, qaytarılan meyitlər Ukrayna hərbçilərinə məxsusdur”, – deyə məlumatda bildirilir.

Qərargahın iddiasına görə, bundan sonra repatriasiya edilmiş şəxslərin kimliyinin müəyyənləşdirilməsi üçün ekspertlər zəruri ekspertizalar aparacaqlar. Onların kimliyi müəyyən edildikdən sonra meyitlər layiqli dəfn olunması üçün ailələrinə təhvil veriləcək.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью