Ukraynaya dəstəyi artırın ÇAĞIRIŞ

24.08.2026

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Almaniyanın xarici işlər naziri Yohan Vadeful Ukraynanın müttəfiqlərini Kiyevə dəstəyi davam etdirməyə çağırıb.

Redaktor.az "Der Spiegel"ə istinadla xəbər verir ki, Vadeful müttəfiqlərin Ukraynanın yanında olduqlarını açıq şəkildə göstərməli olduqlarını bildirib. O, xüsusilə qarşıdan gələn qış dövründə Ukraynaya daha çox dəstək verilməsinin vacibliyini vurğulayıb.

Nazir bildirib ki, Ukraynaya dəstək verən ölkələr qışa hazırlaşarkən Kiyev üçün daha nələr edə biləcəklərini düşünməlidirlər.

Vadefulun bu açıqlamaları onun Kiyevə səfəri zamanı səsləndirilib. Almaniya Ukraynaya əlavə yardım göstərmək və ölkənin hava hücumundan müdafiə imkanlarının gücləndirilməsinə dəstək vermək niyyətindədir.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью