Ukraynaya əlavə humanitar yardım göstəriləcək

24.02.2025

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kopenhagen Ukraynaya humanitar yardım üçün daha 405 milyon Danimarka kronu (56,81 milyon dollar) ayıracaq. SİA xəbər verir ki, bu barədə Danimarka Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Ukraynada humanitar vəziyyət hələ də ağır olaraq qalır. BMT-nin məlumatına görə, 13 milyon ukraynalının humanitar yardıma ehtiyacı var.

2022-ci ilin fevral ayından Danimarka hakimiyyəti Kiyevə 7,2 milyard avro hərbi yardım və ölkənin humanitar dəstək və yenidən qurulması üçün təxminən 709 milyon avro göndərib.

Fevralın 21-də Danimarkanın baş naziri Mette Frederiksen deyib ki, ABŞ “sülhü qorumaq” üçün Ukraynaya qoşun yeritməlidir.

Fredrikson Rusiyanı Ukraynada sülh əldə etmək istəməməkdə ittiham edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью