Ukraynaya enerji infrastrukturu üçün 500 milyon dollar ayrılacaq

24.01.2026

Apa.az saytına istinadən Icma.az xəbər verir.

G7+ formatında keçirilən “Enerji Ramştqynı”nın iclasında tərəfdaş ölkələr Rusiyanın Ukraynanın enerji sisteminə qarşı həyata keçirdiyi kütləvi hücumların nəticələri fonunda Kiyevə 500 milyon dollardan artıq vəsait ayıracaq.

APA xəbər verir ki, bu barədə Ukraynanın Baş nazirinin müavini Aleksey Kuleba “Telegram” kanalında məlumat yayıb.

Onun məlumatına görə, ABŞ Ukraynaya 400 milyon dollardan çox, Almaniya 60 milyon avro, Böyük Britaniya və Niderland hər biri 23 milyon avro, İtaliya isə 10 milyon avro ayıracaq. Bundan əlavə, 2026-cı il üçün büdcədə əlavə 50 milyon avro vəsait nəzərdə tutulub.

“Ukraynaya bu qışı keçməyə kömək etməklə tərəfdaşlar təkcə ukraynalıları deyil, eyni zamanda bütün Avropanın sabitliyinə və təhlükəsizliyinə sərmayə qoyurlar”, - Kuleba vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью