Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Rusiyanın Ukraynaya gecə hücumları davam edir.
Bakıvaxtı.az “LeMonde.fr”ə istinadla bildirir ki, hücumlar nəticəsində 3 nəfər Kiyevdən olmaqla, 8 nəfər həlak olub.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, Ukrayna paytaxtı ballistik raketlərlə vurulub. Aidiyyəti orqanlar ölənlərlə yanaşı, bir neçə nəfərin yaralandığını da bildiriblər. Bundan başqa, Şərqi Ukraynada, Dneprdə hakimiyyət orqanları çərşənbə axşamı səhər beş nəfərin öldüyünü və iyirmi beş nəfərin yaralandığını elan ediblər. Regionun hərbi administrasiyasının rəhbəri Aleksandr Hanja vurğulayıb ki, Rusiyanın Dnepr şəhərinə hücumu nəticəsində ölənlərin sayı artmaqda davam edir.
Aydın