Reyting.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiya ordusu yenidən Ukraynaya yüzlərlə dronun iştirakı ilə geniş hava hücumu təşkil edib.
Reyting.az-ın məlumatına görə, Dnepropetrovsk rəhbəri Oleksandr Qanja bəyan edib ki, ruslar yenidən bölgəyə hücuma keçiblər.
O. Qanja bildirib ki, Krivoy Roq və ətraf əraziləri terrora məruz qalıb: “Zərbələr yanğınlara səbəb olub və mülki infrastruktura ziyan dəyib”.
Bundan əlavə, Sinelnikovşina rayonu da Rusiyanın hücumuna məruz qalıb. İki nəfər yaralanıb, şəxsi ev və avtomobil dağılıb.
Nikopol rayonu və Mırivska icması isə artilleriya və “Qrad” çoxməqsədli raket sistemi ilə vurulub.
Bundan başqa, Rusiya qüvvələri Kupyansk rayonuna dron hücumu edib. Nəticədə evlərə ziyan dəyib. 49 yaşlı kişi yaralanıb.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, rus ordusu Kursk, Orel, Şatalovo, Millerovo, Primorsko-Akhtarsk (Rusiya) və Donetsk (Ukraynanın müvəqqəti işğal olunmuş ərazisi) istiqamətlərindən 101 ədəd “Şahed” hücum dronları, habelə “Gerbera” tipli dronlar və digər hava vasitələrilə hücuma keçib. Onlardan təxminən 60 ədədi “Şahed” tipli dronlar olub.
Səhər saatlarına olan məlumata görə, hava hücumundan müdafiə qüvvələri düşmənin 76 ədəd “Şahed”, “Gerber” və digər növ PUA-sını vurub. Hərbi Hava Qüvvələri bildirib ki, 12 yerdə 19 hücum PUA-sının zərbələri qeydə alınıb.
N. ORUCOV