Ukraynaya hansı zəmanətlərin veriləcəyini bilmirəm Kelloq

16.02.2025

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Vaşinqtonun Ukraynaya hansı təhlükəsizlik zəmanətlərini verəcəyinə yalnız ABŞ Prezidenti Donald Tramp qərar verəcək.

Axar.az xəbər verir ki, bunu Münhen Təhlükəsizlik Konfransında ABŞ prezidentinin Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib.

“Birincisi, mən sizinlə çox səmimi olacağam, mən ABŞ prezidentinin adından danışmıram”, - deyə, o, müvafiq suala cavab verərkən bildirib.

"Biz məsləhətçilər olaraq tövsiyələr veririk. Mən bu barədə danışanda onların nə olacağını bilmirəm", - Kelloq əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью