Ukraynaya hücumdan sonra Zelenski Qərbə müraciət etdi...

05.10.2025

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ukrayna prezidenti Rusiyanın hücumlarına beynəlxalq səviyyədə layiqli cavab gözləyir...

Rusiya qış ərəfəsində Ukraynanın qaz və enerji infrastrukturuna hücumlarını artırır, beynəlxalq reaksiya isə zəif olaraq qalır.

SİA xəbər verir ki, bu barədə Charter97.org Ukrayna prezidenti Vladimir Zelenskinin bəyanatına istinadən məlumat yayıb.

...Təəssüf ki, baş verən hər şeyə, hücumların miqyasının daim artmasına və həyasızlığına layiqli beynəlxalq reaksiya yoxdur, - prezident bildirib.

O, Vladimir Putinin məhz buna görə belə etdiyini vurğulayıb. ...O, sadəcə olaraq Qərbə, susqunluğa və sərt reaksiyanın olmamasına gülür. Rusiya müharibəni dayandırmaq və ya heç olmasa hücumları dayandırmaq üçün bütün təklifləri rədd etdi. Rusiya açıq şəkildə bizim mülki infrastrukturumuzu məhv etməyə çalışır. Xüsusilə indi, qışdan əvvəl onlar bizim qaz infrastrukturumuzu, enerji istehsalımızı və elektrik enerjisinin ötürülməsini məhv edirlər, - o izah edib.

Zelenski qeyd edib ki, hazırda real beynəlxalq reaksiya yoxdur.

...Biz mübarizə aparacağıq ki, dünya səssiz qalmasın, Rusiya cavabı hiss etsin, - o əlavə edib.

Əli Babayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью