Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ prezidenti Donald Trampın üç gün əvvəl Rusiya lideri Vladimir Putinə verdiyi “Ukraynadakı müharibəni 50 gün ərzində bitirməsəniz, yeni sanksiyalarla qaşılaşaqsınız” ultimatuma Moskva hücumla cavab verib və müharibəni davam etdirmək əzmində olduğunu bildirib.
Bizimyol.info xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, ötən gecə Ukraynanın Xarkov, Odessa, Krivoy Roq və Vinitsa şəhərləri Rusiyanın yüzlərlə pilotsuz təyyarəsi tərəfindən hədəfə alınıb.
Rəsmi açıqlamada vurğulanıb ki, Rusiya tərəfi Ukraynaya bir gecədə 400 pilotsuz uçuş aparatı, eləcə də ballistik "İsgəndər-M" raketləri atıb.
50 nəfərin yaralandığı bildirilir. Bu arada Rusiya administrasiyası Trampın müharibə ultimatumuna biganə olmadıqlarını nümayiş etdirməyə çal
Kremlin sözçüsü Dmitri Peskov: "ABŞ-ın müharibəni bitirmək səylərinə hörmətlə yanaşırıq.
Rusiya və Ukrayna arasında İstanbulda keçirilən danışıqların ilk iki raundundan sonra bütün əlaqədar tərəfləri, xüsusən də ABŞ-ı Kiyev rəhbərliyini üçüncü raund keçirməyə razı salmağa dəvət edirik", - deyib.
Görünür Rusiya ona verilən - Trampın sentyabrın 2-nə qədər verdiyi müddətdən maksimum istifadə dərək yay hücumunu başa çatdırmağa çalışır.