Ukraynaya ilk dəfə bu qırıcılardan göndərildi

06.02.2025

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Ukraynaya Fransa istehsalı “Mirage 2000” qırıcı təyyarələrinin ilk partiyası çatdırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Fransanın müdafiə naziri Sebastyan Lekornyu “X” hesabında paylaşıb. 

Onun sözlərinə görə, bu təyyarələri Fransada hazırlıq keçmiş ukraynalı pilotlar idarə edir. 

Qeyd edək ki, 2024-cü ilin iyununda Fransa Prezidenti Emmanuel Makron bildirib ki, ölkəsi ukraynalı pilotların hazırlığına dair proqrama başlayacaq və Kiyevə “Mirage 2000-5” qırıcı təyyarələrinin göndərilməsini razılaşdırmağı planlaşdırır. Bu zaman o, pilotların təliminin 5-6 ay tələb edəcəyini qeyd etmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью