Ukraynaya kütləvi raket hücumu: 10 ölü, 108 yaralı Video

02.06.2026

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiya ordusu Ukraynaya kütləvi raket və PUA zərbələri endirib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Məlumata görə, Kiyevin bütün rayonları raket və PUA atəşinə məruz qalıb. Yaşayış evləri, yanacaq doldurma məntəqəsi, bir sıra tikililər və poliklinika dağılıb. Nəticədə 4 nəfər həlak olub, 58 nəfər yaralanıb.

Dnepr şəhərinə zərbələr zamanı yaşayış binaları, ictimai binalar, avtomobillərə ziyan dəyib. Nəticədə 6 nəfər ölüb, 33 nəfər yaralanıb.

Xarkov şəhərində 14, Zaporojye şəhərində isə 3 nəfər yaralanıb.

Bundan başqa, Sum və Çerniqov şəhərlərinə də raket zərbələri endirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью