Ukraynaya kütləvi RAKET HÜCUMU | Icma.az
Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Səhər saat 5 radələrində "MiQ-31K" təyyarəsinin havaya qalxması ilə əlaqədar Ukraynada hava hücumu xəbərdarlığı elan edilib.
Musavat.com UNIAN-a istinadən xəbər verir ki, daha sonra Dnepr istiqamətində yüksək sürətli hədəfin hərəkəti qeydə alınıb.
Məlumatda bildirilir ki, Rusiya "Tu-95" bombardmançılarını da havaya qaldırıb.
Saat 5:47-də Ukrayna Hərbi Hava Qüvvələri "X-101" qanadlı raketlərinin Engels bölgəsindən buraxıldığını bildirib.
Ən son məlumatlar: Saat 7:14: Kremençuq şəhərində partlayışlar barədə xəbərlər yayılıb. Saat 7:10: Kremençuq istiqamətində raket atılıb.
Saat 7:04: “Vanek” teleqram kanalı raketlərin evlərin üzərindən uçduğunu yazıb. Saat 7:01: Daha bir raket Mirqorod istiqamətinə atılıb.
Saat 6:59: Şimal-qərb istiqamətindən Mirqoroda doğru raket hərəkəti qeydə alınıb.
Tam oxu
Xəbəri oxu