Ukraynaya məxsus 14 PUA ələ keçirildi

11.12.2024

Icma.az bildirir, Sitat.info portalına istinadən.

Dünən gecə saatlarında Rusiya hava hücumundan müdafiə qüvvələri Bryansk vilayəti üzərində Ukraynaya məxsus 14 pilotsuz uçan aparatı məhv edib və ələ keçirib.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Ötən gecə Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki obyektlərə təyyarə tipli PUA-lardan istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Silahlı Qüvvələrimiz Ukraynanın 14 pilotsuz uçan aparatını ələ keçirib və məhv edib, - deyə bildiriblər.

Aytac,

Sitat.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью