Ukraynaya məxsus 162 PUA nı vurdular

02.06.2025

Icma.az, Operativ MM portalına istinadən məlumat verir.

Rusiya Müdafiə Nazirliyi gecə saatlarında Ukraynaya məxsus 162 pilotsuz uçuş aparatının (PUA) hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Rusiya KİV məlumat yayıb.

Açıqlamada dünən yerli vaxtla saat 20:00-02:00 arasında Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən 162 Ukrayna PUA-nın vurulduğu bildirilib. 

Dünən Ukraynanın PUA-larla Rusiyanın Murmansk, Ryazan, İrkutsk və İvanovo vilayətlərindəki hərbi hava limanlarına hücumlar təşkil etdiyi qeyd olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью