Ukraynaya məxsus 46 PUA vurulub

04.09.2025

Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Növbətçi hava hücumundan müdafiə sistemləri bir gecədə Rusiyanın üç regionu və Qara dəniz üzərində Ukraynaya məxsus 46 təyyarə tipli pilotsuz uçuş aparatını vurub.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, ən çox - 24 qurğu Rostov vilayətinin ərazisində ələ keçirilib.

Hərbçilər Krasnodar diyarı səmasında daha dörd, Volqoqrad vilayətində isə iki PUA-nı zərərsizləşdiriblər. Bundan başqa, hava hücumundan müdafiə qüvvələri Qara dəniz üzərində 16 pilotsuz uçan aparatı məhv edib.

Cavid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью