Ukraynaya məxsus daha 33 PUA məhv edilib

06.12.2024

Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiya hərbçiləri gecə saatlarında Krım da daxil olmaqla Rusiya Federasiyasının dörd regionu üzərində Ukraynaya məxsus 33 PUA-nı vurub.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Krım yarımadasına gedən Ukraynaya məxsus iki pilotsuz kater də məhv edilib.

"14 PUA Voronej vilayəti ərazisi üzərində məhv edilib, 11 PUA Kursk vilayəti ərazisi, yeddi PUA Belqorod vilayəti və biri Krım ərazisi üzərində vurulub. Həmçinin Qara dəniz donanmasının dəniz aviasiyasının Qara dənizdəki ekipajları Krım yarımadasına doğru hərəkət edən iki Ukrayna pilotsuz katerini məhv edib” - məlumatda deyilir.

Cavid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью