Ukraynaya məxsus PUA Krım ərazisində vurulub

23.11.2024

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Ukraynaya məxsus pilotsuz uçuş aparatı (PUA) Krım ərazisi üzərində vurulub.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ötən gecə Ukraynanın Rusiya Federasiyası ərazisindəki obyektlərə təyyarə tipli PUA-dan istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb.

"Növbətçi hava hücumundan müdafiə sistemləri Krım ərazisi üzərində Ukraynaya məxsus pilotsuz uçuş aparatını məhv edib", - deyə MN-nin məlumatında qeyd olunub.

Həsən Məmmədov
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью