Ukraynaya məxsus PUA Türkiyə ərazisinə düşüb

01.07.2026

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyənin Trabzon şəhərində Ukraynaya məxsus olduğu bildirilən pilotsuz uçuş aparatı (PUA) qəzaya uğrayıb.

Moderator.az xəbər verir ki, bu barədə İHA agentliyi məlumat yayıb.

Məlumata görə, PUA Vakfıkebir rayonunda ağaca çırpıldıqdan sonra sıradan çıxıb. Hadisə yerinə cəlb olunan mütəxəssislər aparatın üzərində apardıqları yoxlama zamanı onun 5 kiloqram partlayıcı maddə ilə təchiz edildiyini müəyyən ediblər.

Faktla bağlı Türkiyənin hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью