Ukraynaya məxsus “Su 27” qırıcısı vurulub

28.04.2025

Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Rusiyanın bu gün səhər saatlarında dron hücumunun dəf edilməsi zamanı Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri “Su-27” qırıcı təyyarəsini itirib.
Reyting.az
xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının rabitə idarəsi məlumat yayıb.
“2025-ci il aprelin 28-də səhər saatlarında qoşunlara hava dəstəyinin təmin edilməsi və düşmənin hücum PUA-larının hava hücumunun dəf edilməsi üzrə hərtərəfli döyüş tapşırığının icrası zamanı Hərbi Hava Qüvvələrinə məxsus “Su-27” qırıcı təyyarəsi itirilib”,- deyə məlumatda qeyd edilib.
Məlumata görə, hadisənin səbəbləri xüsusi yaradılmış komissiya tərəfindən araşdırılır.
“Pilot uğurla qurtulub, axtarış-xilasetmə qrupu vaxtında eniş yerinə gəlib, pilot diaqnostika üçün tibb müəssisəsinə aparılıb. Onun həyatı və sağlamlığı üçün təhlükə yoxdur, vəziyyəti stabildir”, - əlavə edilib.
ELÇİN
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью