Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Slovakiya Avropa Birliyinin Ukraynaya ayırdığı ilk 90 milyard avroluq kreditin təqdim edilməsində iştirak etməyib və indi də eyni mövqedə qalmaq niyyətindəyik. Baxmayaraq ki, bizi siyasi təzyiq altında saxlamağa çalışırlar.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Slovakiyanın Baş naziri Robert Fitso çıxış edib.
O bildirib ki, sülh danışıqlarının konturları müəyyənləşdiyi bir vaxtda Avropa Birliyi Ukraynadakı müharibəni dəstəkləmək üçün beynəlxalq maliyyə bazarından 45 milyard avro borc götürmək və bu kreditə zəmanət vermək niyyətindədir.
Fitso hesab edir ki, Ukrayna indiyədək ayrılmış 90 milyard avronu da, gələcəkdə veriləcək kreditləri də geri qaytarmayacaq:
“Əslində söhbət kreditlərdən deyil, əvəzsiz yardımlardan gedir. Ukraynaya hərbi kreditin ayrılmasında niyə iştirak etməli olduğumuza dair heç bir əsas görmürəm”.