Ukraynaya növbəti humanitar yardım göndərilib

30.10.2026

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan tərəfindən Ukraynaya humanitar yardım məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarından ibarət növbəti yük bu ölkəyə çatdırılıb.

Yardımın göndərilməsi Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Energetika Nazirliyi tərəfindən təmin edilib.

Ukrayna tərəfinin müraciəti əsasında təşkil edilən humanitar yükün tərkibinə ümumi dəyəri 1,5 milyon dollar olan kabel, naqil və digər elektrik avadanlıqları, həmçinin 9 transformator daxildir.

Ukrayna Energetika Nazirliyinin rəsmisi Oleksandr Boqdanets açıqlamasında bildirib ki, bu, Azərbaycandan Ukrayna xalqına və dövlətinə göndərilən 159-cu humanitar yardımdır.

“Tariximizin ən çətin qışlarından biri ərəfəsində xalqımızın və dövlətimizin dözümlülüyünə daha bir töhfə verən Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk”, - deyə o əlavə edib.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью