Ukraynaya “Patriot” heç vaxt verilməyəcək?

15.08.2026

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“ABŞ Prezidenti Donald Tramp diqqətini digər ölkələrə sursat göndərməkdən daha çox, ABŞ-nin hərbi arsenalının yenidən təchiz edilməsinə yönəldib”.

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, Ağ Evin mətbuat katibi Karolin Levit bunu Ukrayna Prezidenti Volodimir Zelenskinin "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raketlər tələb etməsi ilə bağlı jurnalistin sualına cavab olaraq bildirib.

O qeyd edib ki, hazırda Tramp məsələ ilə bağlı mövqeyini açıq şəkildə ifadə edib.

"Təəssüf ki, ABŞ-nin sabiq prezident Co Baydenin Ukraynaya və dünyanın digər ölkələrinə zamanında böyük miqdarda sursat göndərməsi faciəvi haldır", - Levitt qeyd edib.

Eyni zamanda, Ağ Evin mətbuat katibi vurğulayıb ki, Vaşinqtonda istənilən missiyanı yerinə yetirmək üçün həm ölkə daxilində, həm də qlobal səviyyədə kifayət qədər sursat ehtiyatı var.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu yaxınlarda CNN-ə verdiyi müsahibədə qeyd edib ki, Ukrayna ehtiyac duyduğu "Patriot" ələkeçirici raketlərinin yalnız onda birinə malikdir məhz ABŞ öz ehtiyatlarından 5 %-ni təmin edəcəyi təqdirdə, Kiyev qışı keçirə bilər.

Əhməd
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью