Icma.az, Axar.az portalına istinadən məlumat verir.
Özbəkistanın Namanqan vilayətində məhkəmə yerli sakini Ukraynada hərbi əməliyyatlarda iştirak etdiyinə görə üç il altı ay müddətinə azadlıqdan məhrum edib.
Axar.az xəbər verir ki, bu barədə Özbəkistan mediası məlumat yayıb.
Məlumata görə, həmin şəxs “Muzdlu fəaliyyət” maddəsi ilə təqsirli bilinib:
“O, Rusiya cəza koloniyasında olarkən ordu ilə müqavilə imzalayıb və 2025-ci ilin yanvar ayında Donetsk bölgəsindəki döyüş bölgəsinə göndərilib. Yaralandıqdan sonra xəstəxananı icazəsiz tərk edib və Özbəkistan səfirliyinin köməyi ilə vətəninə qayıdıb, burada isə ədalət mühakiməsinə verilib”.