Ukraynaya qarşı döyüşərək həlak olan azərbaycanlıya şəhid status veriləcəkmi? Fazil Mustafa

22.01.2026

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Xəbər verdiyimiz kimi, Rusiya-Ukrayna müharibəsində həlak olan Azərbaycan vətəndaşı Əhmədov Orxan Niftalı oğlunun Naxçıvanda ailə üzvləri və yaxınlarının iştirakı ilə şəhid kimi dəfn edilməsi, məzar daşının üzərinə şəhid sözünün yazılması birmənalı qarşılanmayıb.

Belə ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.

İnsanlar tərəfindən də həmin vəfat etmiş şəxsə şəhid statusun verilməməsi tələb edilir.

Bəs görəsən, ona şəhid status düşürmü?

Məsələ ilə bağlı Gununsesi.info-nun sualına Milli Məclisin deputatı Fazil Mustafa cavab verib.

O bildirib ki, şəhid statusunun verilməsi düzgün olmazdı:

“Belə bir statusun verilməsi yanlış olar. Çünki qanunvericilikdə şəhidliyin tanıtımı var. Azərbaycanın ərazi bütövlüyü uğrunda və ya Azərbaycan hərbi birləşmələri tərkibində rəsmi qayda da başqa ölkələrə göndərilmiş, terrorizmlə mübarizədə sülhməramlı kimi fəaliyyət göstərərkən dünyasını dəyişərlərsə, onlara bu status verilə bilər. Amma qeyri-rəsmi hansısa bir müharibədə, istər Suriyada cihad çağırışlarına aldadılmış olsun, istərsə də özü könüllü şəkildə Ukraynada, Rusiyada döyüşsün: şəhid adlanması tamamilə qaydalara ziddir. Bir sözlə, belə statusun verilməsi mümkün deyil”, –  deyə deputat qeyd edib.

Orxan

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью