Publika.az saytına istinadən Icma.az xəbər verir. Rusiya Silahlı Qüvvələri Ukraynanın enerji obyektlərinə kütləvi zərbə endirib.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski öz teleqram kanalında danışıb.
"Təəssüf ki, bir sıra bölgələrdə fasilələr var", - deyə Zelenski bildirib.
O qeyd edib ki, Kiyev, Xarkov, Zaporojye, Dnepr, Krivoy Roq, Kremençuq və İvano-Frankivsk vilayətində partlayışlar olub.
Bir sıra rayonlarda işıqlar kəsilib, Kiyev vurulub. Dneprdə səhər hücumlarından sonra xəstəxanalar hərbçilərlə dolub.
Adəm Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.