Icma.az bildirir, Sia Az portalına istinadən. Jurnalistlər onların adlarını öyrəniblər...
…Son bir ildə ən azı 51 Çin vətəndaşı Rusiya Silahlı Qüvvələrinin Moskvadakı seçim məntəqəsindən keçib.
SİA-nın məlumatına görə, Rusiyanın “Mühüm hekayələr” araşdırma layihəsi bu şəxslərin kimliyini müəyyən edib.
Jurnalistlər layihənin sərəncamında olan sənədləri təhlil edərək çinlilərin adlarını öyrəniblər.
…Deməli, Çindən 31 döyüşçü 2023-cü ildə, daha 20-si 2024-cü ildə Moskva seçim məntəqəsinə müraciət edib.
Onların əksəriyyəti Moskvaya müqavilə xidməti üçün seçim məntəqəsinə müraciət etməzdən bir qədər əvvəl gəliblər.
Ən azı dörd çinli könüllü seçim məntəqəsini ziyarət etdikdən sonra Çinə qayıdıb.
KİV-lərin məlumatına görə, Çinli müqaviləli əsgərlərin ən kiçiyinin 20, ən yaşlısının isə 51 yaşı var.