Hurriyyet saytına istinadən Icma.az xəbər verir.
Əhmədov Orxan Niftəli oğlu 26 mart 1988-ci ildə Şərur rayonunda anadan olub. 1994-cü ildə Şərur şəhər 1 saylı orta məktəbi bitirib. 2002-ci ildə ailəsi ilə birlikdə Rusiyanın Krasnoyarsk şəhərinə köçüb.
Orxan Əhmədov 6 iyul 2024-cü ildə Putinin işğalçı ordusunun sıralarında Ukraynaya qarşı müharibəyə yollanıb. 28 avqust 2024-ci ildə Donetsk şəhərində Ukrayna ordusunun dron hücumu nəticəsində həlak olub.
Onun nəşi 2024-cü ilin 7 sentyabr tarixində Azərbaycana, Naxşıvan MR Şərur rayonunun Maxta kəndinə gətirilərək, orada dəfn olunub.
Hurriyyet.org-a bu haqda məlumat verən mənbə bildirir ki, O.Əhmədov “şəhid kimi” dfən olunub və hazırda da ailə üzvləri “şəhid ailəsi” statusunda müxtəlif tədbirlərə qatılırlar. Bunun doğru olmadığını deyən mənbə bildirir: “Mən ailənin həssaslığını, oğul itkisini başa düşürəm. Allah yaxınlarına, doğmalarına səbir versin! Amma Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının Naxçıvanda şəhid kimi təqdim edilməsi, dəfn olunması və məzarının üzərinə şəhid sözünün yazılması doğru deyil. Nə mənəvi olaraq, nə də qanun tərəfindən”.
Hurriyyet.org