Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiyada, Yekaterinburqda yerləşən bir məktəbdə şagirdlərdən Ukrayna müharibəsində iştirak edənlərə Yeni il təbrikləri yazmaq tələb olunub.
Bu tələbi yerinə yetirməkdən imtina edən şagirdlərə isə aşağı qiymət verilib.
Qaynarinfo xəbər verir ki, bu barədə "It’s My City” nəşrinə https://t.me/itsmycity/39509 həmin "2" alan şagirdlərdən biri məlumat verib.
Şagirdin sözlərinə görə, məktub yazmaq üçün dərs cədvəlindən iki fənn — İncəsənət və "Mənəvi-əxlaqi mədəniyyətin əsasları” dərsləri çıxarılıb.
Təbrik məktubu yazmayan şagirdlər bu hər iki dərsdən də "2" alıb.
Yekaterinburq administrasiyası bildirib ki, şəhər məktəblərində hazırda Ukraynada davam edən müharibədə iştirak edənlərə məktub yazılması üzrə patriotik aksiya keçirilir.
Lakin bələdiyyə nümayəndələri vurğulayıblar ki, bu aksiyada iştirak könüllüdür və bununla əlaqədar dərslərin ləğv edilməsinə icazə verilmir.