Ukraynaya raket hücumu 10 nəfər ölüb

18.11.2024

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Noyabrın 17-də axşam saatlarında Rusiya ordusunun Ukraynanın Sumı şəhərinə həyata keçirdiyi raket zərbəsi nəticəsində azı 10 mülki şəxs həlak olub. Onlardan ikisi uşaqdır.

Bu barədə Modern.az Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə istinadla məlumat yayıb.

Qeyd olunur ki, bazar günü Rusiya Ordusu Sumının sıx məskunlaşmış ərazisinə raket zərbəsi endirib və raket doqquzmərtəbəli yaşayış binasının yaxınlığına düşüb.

Raket zərbəsi nəticəsində 55 nəfər yaralanıb ki, onlardan da 8-i uşaqdır.

Hazırda dağıntılar təmizlənir, ölən və xəsarət alanların sayının artacağı istisna edilmir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью