Icma.az bildirir, Modern.az portalına istinadən.
Böyük Britaniya Ukraynaya dronlara qarşı mübarizədə istifadə olunacaq hava hücumundan müdafiə sistemləri üçün qısamənzilli 1000-dən çox raket verəcək.
Modern.az xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Müdafiə Nazirliyi məlumat yayıb.
London Ukraynaya 10-dan çox hava hücumundan müdafiə radiolokasiya stansiyası və raket-ələkeçiricilər üçün buraxılış qurğuları təhvil verəcək. Bu hərbi yardım paketinin ümumi dəyəri 250 milyon funt sterlinq (330 milyon dollar) qiymətləndirilir. Tədarüklərə dekabrın ortalarında başlanılacaq.
Britaniya Müdafiə Nazirliyinin bildirdiyinə görə, krallıq bundan əvvəl qış mövsümü ərəfəsində Ukraynaya 400 zenit raketi verib.
Bundan əlavə, Böyük Britaniya, Ukrayna və İsveç Kiyevə İsveç istehsalı olan “Gripen” qırıcılarının təhvil verilməsi mexanizmini müəyyən edən niyyət məktubu imzalayıblar. Britaniya şirkətləri bu təyyarələrin radar sistemləri və eniş qurğuları da daxil olmaqla, komponentlərinin 30 faizindən çoxunu istehsal edir.