Icma.az, GlobalInfo saytına istinadən bildirir.
ABŞ-nin bəzi şirkətləri Ukraynaya silah satışını dayandırıb.
Globalinfo.az “UNİAN”a istinadla xəbər verir ki, bu barədə Ali Radanın Müdafiə komitəsinin sədri Roman Kostenko məlumat yayıb.
“Məndə olan məlumata görə, Ukraynaya satış üçün ayrılan silahların tədarükü dayandırılıb. Həmin silahları çatdırmalı olan şirkətlər gözləyirlər, hələ ki qərar verilməyib”, – Kostenko deyib.
Silah tədarükünün dayandırılması barədə qərarın səbəbi məlum deyil.
Aysel Əliyeva
Globalinfo.az