Ukraynaya silah verməyin qaydaları dəyişib

08.08.2025

Reyting.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Pentaqon (Müdafiə Nazirliyi) Ukrayna üçün nəzərdə tutulan silahların ABŞ anbarlarına qaytarılmasına icazə verib.
Reyting.az
bildirir ki, bu barədə CNN telekanalı Müdafiə nazirinin müavini Elbridge Kolbiyə istinadla məlumat yayıb.
Nazir müavininin imzaladığı sənəddə “müəyyən silah və texnikanın” geri qaytarılmasının mümkünlüyündən bəhs edilir ki, bu da Amerikanın ehtiyatlarını artırmaq üçün Ukraynaya ayrılan milyardlarla dolları yönləndirə bilər.
Xatırladaq ki, indiyədək silahların geri qaytarılması halları qeydə alınmasa da, belə bir addım Kiyevi milyardlarla dollar dəyərində silahlardan məhrum edə bilər.
Pentaqon, həmçinin Kiyev üçün nəzərdə tutulan “Patriot” raketlərini və digər silahları “qırmızı kateqoriyaya” aid edərək, ehtiyatları kateqoriyalara ayırıb ki, bu da ABŞ anbarlarında çatışmazlıq və çatdırılmanın Pentaqonun rəhbəri tərəfindən təsdiqlənməsi zərurəti deməkdir.
ELÇİN
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью