Icma.az bildirir, Reyting.az portalına istinadən.
Türkiyənin Xarici işlər naziri Hakan Fidan ABŞ Dövlət katibi Marko Rubio ilə Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi məsələsini müzakirə edib.
Reyting.az xəbər verir ki, bunu Hakan Fidan “TGRT Haber” telekanalına müsahibəsində deyib.
H. Fidanın sözlərinə görə, bu məsələdə əsas rolu Türkiyə oynayır. O, Türkiyənin mövzunun Kiyevsiz müzakirə olunmasını istəmədiyini vurğulayıb.
Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna üçün təhlükəsizlik təminatları ilə bağlı fikirlərini açıqlayıb. O, gələn həftə təhlükəsizlik zəmanətlərinin bütün konfiqurasiyasının “kağız üzərində təqdim ediləcəyini” qeyd edib.
Rəcəb Tayyib Ərdoğan Türkiyənin Milli müdafiə nazirini bu prosesə cəlb edəcəyinə söz verib.
E. KAMAL