Ukraynaya veriləcək son F 16 lar Hollandiyadan havaya qalxıb

27.05.2025

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Hollandiyanın Ukraynaya vəd etdiyi son F-16 qırıcıları Belçikadakı Volkel bazasından havaya qalxıb.

APA xəbər verir ki, təyyarələrin oradan Ukrayna Hərbi Hava Qüvvələrinə təhvil verməyə hazırlandığı bildirilir.

Ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, uçuşlara nazir Ruben Brekelmans şəxsən nəzarət edib.

O xatırladıb ki, sülh dövründə F-16-ya keçid Ukraynaya illər çəkəcəkdi, lakin onun pilotları və texniki işçiləri bunu rekord müddətdə edə biliblər.

Müdafiə naziri qeyd edib ki, Ukrayna pilotları artıq döyüş təyyarələrindən xüsusilə, Rusiya qanadlı raketlərini və kamikadze PUA-larını vurmaq üçün uğurla istifadə ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью