Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
Britaniyanın müdafiə naziri Con Hili Ukraynaya qoşun yerləşdirilməsi ilə bağlı mövqeni açıqlayıb.
Globalinfo.az xəbər verir ki, o, bu barədə Britaniya Parlamentinin Müdafiə Komitəsində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, “könüllülər koalisiyası” çərçivəsində Ukraynaya Britaniya hərbçilərinin göndərilməsi yalnız sülh sazişində müvafiq bəndin yer alacağı halda mümkün ola bilər. Nazir vurğulayıb ki, qoşunların yerləşdirilməsi sülh müqaviləsinin konkret şərtlərindən asılı olacaq.
“Əgər sülh müqaviləsinin şərtləri buna imkan verərsə, biz Ukraynaya Britaniya qoşunlarını yerləşdirməyə hazırıq. Məhz həmin saziş bizim üzərimizə götürəcəyimiz öhdəliklərin həcmini müəyyən edəcək”, – deyə Healey qeyd edib.
O, həmçinin bildirib ki, 39 dövlətdən ibarət koalisiyanın əksər üzvləri qoşun yerləşdirilməsində iştirak etməyə hazır olduqlarını bəyan ediblər. Britaniya müdafiə naziri əlavə edib ki, hazırda da müəyyən sayda Britaniya hərbçisi Ukraynada fəaliyyət göstərir.
Tahir Turan
Globalinfo.az